​Ruhani: "Trampa imkan verməyəcəm"

 
İran prezidenti Həsən Ruhani Tehranda etdiyi çıxışda ABŞ-ın gələcək prezidenti Donald Trumpa ABŞ-İran sazişini bitirməyə imkan verməyəcəyini deyib.
 
Teleqraf.com xəbər verir ki, seçki kampaniyası dövründə Donald Tramp İran sazişini "indiyədək mövcud olan ən pis saziş" adlandırıb və prezident seçildiyi halda sazişi ləğv edəcəyini bildirib.
 
Ruhani Trampın hərəkətlərinin İrana "heç bir təsiri olmayacağını" vurğulayıb və ABŞ-da İrana qarşı sanksiya layihəsinin Konqres tərəfindən yenilənməsini tənqid edib.
 
Ruhani hazırkı prezident Barak Obamanın İran Sanksiyaları Aktını yeniləcəyi (İSA) halda İranın buna qarşı atacağı addımları tezliklə müzakirə etməyə söz verib.
 
"Obama şəxsi imtina hüququndan istifadə edərək sanksiyaların icrasını müvəqqəti olaraq dayandırsa da, bu yenə də nüvə sazişini pozur və biz buna reaksiya verəcəyik", prezident Ruhani vurğulayıb.

Загрузка...
Загрузка...