Rəsulzadənin öz xətti ilə yazdığı gündəliklərdə nələr var?- Arxiv sənədi

 
 
 
 
Moderator.az  Azərbaycan Cümhuriyyətinin gələn il keçiriləcək 100 illik yubileyi ilə bağlı silsilə yazılarını davam etdirir. Ötən həftə olduğu kimi, bu həftəni də dövlətin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə həsr edəcəyik.
 
Bu dəfə onun öz xətti ilə yazdığı iki şəxsi  dəftəri barəsində mənlumat verəcəyik.
Qeyd edək ki, bu dəftərlər yayımlanmayıb və professor Fikrət Türkmənin arxivində saxlanılır. Onlar haqqında ilk məlumatı Rəsulzadəşünas alim, tarix elmləri doktoru Nəsiman Yaqublu özünün “Rəsulzadə ensiklopediyası” kitabında məlumat verib:
 
M. Ə. Rəsulzadənin öz xətti ilə yazdığı iki dəftəri mövcuddur. Dəftərlərdən birincisi 197 səhifədən ibarətdir. Burada M. Ə. Rəsulzadənin sevdiyi şairlərdən (Nizami,Firdovsi, Qazi Bürhanəddin, Ə. Cavad, Füzuli, Ferit Kam, Xətai, Cəlaləddin Rumi, Qul Mustafa, Arif Ərdəbili, Məhəmməd İqbal və Mirzə Fətəlidən) ibarət beyt və kitablar qeyd edilib. Bu qeydlər arasında onun Ankara Milli Kitabxanasında qələmə aldığı bilinən, lakin bu günə qədər araşdırılıb rast gəlinməyən “Azər-baycan Biblioqrafiyası” adlı çalışması da var. Dəftər ərəb, latın və kiril əlifbaları ilə qələmə alınıb.
 
İkinci dəftər 19,5x13sm həcmindədir. Türkiyədəki şairlərdən seçdiyi şeirləri burada qeyd edib. Ümumilikdə 34 şeir toplanıb. Bu şeirlərin müəllifləri aşağıdakılardır: Namiq Kamal, Məhəmməd Əmin Yurdaqul, İhsan Raif, Aka Gündüz, Hüseyn Suad, Osman Fəxri, İsmayıl Neşat, Mustafa Namiq, Faiq Əli, Cəlal Sahir, Əhməd Vəfa, Süleyman Nəsib, Təhsin Nahid və Tofiq Fikrətdir.
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...