​Rəsulzadənin gənclik illərində yazdığı və çap olunan şeirləri- II Hissə

 
 
 
 
Moderator.az Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə bu şanlı tarixi yaradan şəxslər barəsində silsilə yazılarını davam edir.
 
Bu dəfə yenə də böyük Məhəmməd Əmin Rəsulzadəni xatırlayacaq, onun gizli qalan tərəfini oxucuların diqqətinə çatdıracağıq.
 
Bu gizli tərəf-Rəsulzadənin şairli qabiliyyətidir. Onun irsini, həyat və yaradıcılığını mükəmməl şəkildə araşdıran tarix elmləri doktoru Nəsiman Yaqublu özünün “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” əsərində onun gənclik illərində yazdığı bir neçə şeiri təqdim edəcək.
Qeyd edək ki, indi təqdim edəcəyimiz nümunələr bu silsilədən olan ikinci yazıdır.
 
 “Qara pul”. “İrşad” qəzeti, N8, 16 fevral 1906-cı il. Bu şeiri də M.Ə.Rəsulzadə 22 yaşında yazıb. Bu şeirdə pul, pulun mahiyyəti, cəmiyyətdə oynadığı mühüm rol haqqında danışılır. 22 misradan ibarət olan bu şeir aşağıdakı misralarla başlayır:
 
Ey olan hökmü-rəvan, hakimə hörmət, qara pul!
Vey qılan piri cavan, bikəsə izzət, qara pul!
Sən deyilsənmi açan cənnəti-əla qapısın?!
Sən deyilsənmi verən naridə (cəhənnəmdə) zəhmət, qara pul?!
 
“Həsbi-hal (söhbət, ürəyini boşaltma)”. “Füyuzat” jurnalı, N30, 12 oktyabr 1907-ci il).
 
M.Ə.Rəsulzadə bu şeirini “Məhəmməd Əmin” imzası ilə nəşr etdirib. Şeirin əvvəlində qeyd edir: “Şəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib düşündüyüm zaman” sakitləşmək, dərdi azaltmaq məqsədi ilə bu şeiri yazdım. Yeddi bənddən ibarət olan şeirdə aşağıdakı maraqlı fikirlər vardır:
 
Qaranlıqdır bana dünya,
Bütün dünyavü mafiha (dünya və onun içindəkilər),
Diyorlar cümləsi guya:
Çəkil bir yanə, sakitləş!
Təhəmmül, səbr mümkünmü?!
Həyatə cəbr mümkünmü?!
Zəvali-qəhr mümkünmü?!
Çəkil bir yanə, sakitləş!
 
“Təsəvvürati-əhraranə” (“Azadlıq təsəvvürləri”). Füyuzat” jurnalı, N32, 24 oktyabr, 1907-ci il).
 
Yeddi bənddən (altı misralıq bənd), 63 misradan ibarət olan bu şeiri M.Ə.Rəsulzadə dünyadakı haqsızlığa, həqiqətin olmadığına, zülmün çoxluğuna həsr edib. Şeir bu misralarla başlayır:
 
Görüncə ixtilafı bən cahanda,
Həqiqət yox təsavi (bərabərlik) bu zamanda.
Bütün ərbabi-zümü kəhkəşanda,
Fəqiri daima iczü fəqanda,
Olub aludeyi vəhmi təfəkkür,
Bu yolda eylərəm bir çox təsəvvür
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...