Rəsulzadənin Ceyhun Hacıbəyliyə yazdığı məktublar: “Əhməd Cavada ağır işgəncələr verilir”

 
 
 
 
Moderator.az Azərbaycan Cümhuriyyəti ilə bağlı silsilə yazılarını davam etdirir. Bu dəfə yenə də həmin dövlətin qurucusu Məhəmməd Əmin Rəsulzadəni xatırlayacağıq.
O, mühacirətdə olduğu zaman həm Aazərbaycanın məcburi səbəblərdən dünyanın bir çox ölkələrində yaşamalı olduğu aydınları, həm də əcnəbi əlaqələri ilə məktublaşır. Ən çox məktub yazdığı şəxslərdən biri də Paris Sülh Konfransına göndərilən diplomat, ictimai xadim və jurnalist Ceyhun Hacıbəylidir.
 
Onların arasındakı məktubların ümumi sayı 40-a qədərdir. M.Ə.Rəsulzadə bu məktubları 1922-ci ilin oktyabrından İstanbuldan göndərməyə başlayıb. Sonrakı məktubları isə yaşadığı digər ölkələrdən, ünvanlardan göndərib.
 
Son məktublarından biri isə 1954-cü ildə yazılıb. Həmin ilin 6 dekabrında yazılan məktubda Rəsulzadə ürək ağrısı ilə qeyd edir: 
 
“Əziz və möhtərəm Ceyhun bəy! Münhendən alınan qara xəbər buradakı vətənsevərlərin dərin təəssüflərinə səbəb oldu. Mərhum Əbdürrəhman Fətəlibəylinin uğradığı faciəli aqibət hər kəsdə qəddar düşmənə qarşı nifrəti daha da qüvvətləndirmişdir. Azərbaycanlı istiqlaliyyətçilərin duyduqları acıya tərcüman olaraq mərhumun ən yaxın arkadaşları Azərbaycan qrupunun bir təmsilçisi olmaqla Sizə ən səmimi təşəkkürlərimi bildirir, candan təziyət edirəm. Yürüdülən çətin mücadilədə qəddar düşmənə qarşı ayıq olmaq şərtdir. Mücadilə davam edəcəkdir. Sayğılarımla, M. Ə. Rəsulzadə”.
Amma bu yeganə ağrılı məktub deyil! Bu iki xadim arasındakı məktublaşmaların hər birində bur ağrı-acını görə bilirik. Məsələn, 1924-cü il 17 fevral tarixli məktubunda  “Yeni Qafqasiya” jurnalının abunə problemlərindən danışır. Ceyhun bəyin Fransada jurnalın abunəsinə yardımçı olmasını bildirir. Qeyd edir ki, şair Əhməd Cavad həbsdədir və ona işgəncələr verilir. Eyni zamanda Ceyhun bəyin məqaləsini də aldığını bildirir.
 
Qeyd edək ki, həmin məktublar 2010-cu ildə Moskvada M.Ə.Rəsulzadənin rus dilində nəşr edilən “Sbornik proizvedeniyi i pisem” kitabında çap olunub.
Məktubları dilimizə Rəsulzadəşünas alim Nəsiman Yaqublu çevirib.
 
Elmin Nuri

Загрузка...
Загрузка...