Rəsulzadə “Arşın mal alan”a görə tamaşaçıları niyə qınadı?- TARİX

 
 
 
Moderator.az Azərbaycan tarixinin nəhəng şəxsiyyətləri  haqqında maraqlı məlumatları diqqətə çatdırmaqda davam edir.
 
Xəyalən 1915-ci ilə səfər edək. Elə bir dönəm ki, cəmi 2 il sonra nəhəng Çar imperiyası dağılacaq, ondan da bir il sonra müsəlman Şərqinin ilk demokratik respublikası – ADR yaranacaq.
Məhz o ildə elə həmin böyük dövləti yaradan böyük insan Məhəmməd Əmin Rəsulzadə “İqbal” qəzetində yazdığı növbəti məqalədə çox maraqlı bir məqama toxunur…
Üzeyir bəyin “Arşın mal alan” operettası barədə olan həmin məqalədə əslində, çox böyük bir ictimai problem də var. Onun nə olduğunu deməyəcəyik. Rəsulzadənin dil-üslubuna toxunmadan təqdim edəcəyimiz məqaləsində elə özümüz hər şeyi aydın görəcəyik:
 
"Arşın mal alan" operettası ictimai azarımızı operetta zəminində gülgü və "keyf' ilə qarışdıraraq tənqid edən lətif bir əsərdir. Bu dəfə "Arşın mal alan"m əsl lətafətinə oyunun olduqca səlis və müntəzəm bir surətdə keçməsi bir daha lətafət əlavə elədi. Soltan bəyin mülkədar rolunu ifa edən Ə.Hüseynzadə cənabları nə qədər gözəl bir "pambıq bəyi" tipi verdi. Hüseynzadə ciddi rollara girərək elədigi "günahlar"m "kəffarə"sini verdi. Hüseynzadəyə məxsus bəzi rollar vardır ki, onda artist adına bir xilaflıq ibraz ediyor. Soltan bəy rolu Hüseynzadənin əlində öylə muma donüb yumuşalıyor ki, artist tamamilə öz vəzifəsinə hakim olur və oyunu su kibi axır. Ağdamski cənabiarı doğrudan da təkrar söylədigimiz vəchlə arvadsız səhnəmiz üçün böyük bir təsəllidir. Gülçöhrə rolunu nə qədər təbii oynıyordu. Başqa arvad rollarmı yeni oynayan xamm Alinskaya lap gözəl oynadılar. Sarabskinin oynadıqları ciddi aşiq rolları olduğu halda, qeyri-ciddi bir aşiq rolunda da müvəffəqiyyət göstərə bildi. Cahan xanım rolunu oynayan cənab Süheyli də gözəl oyııayır və sadəlövh bir "xalamn" vəzifəsini tamamilə dərk ediyordu. Əsgər bəy rolundakı Tanrıqulov Tanrı vergisi var bir artist olduğunu isbat elədi. Yəli rolunu ifa edən X.Həsənov cənabları da rolunu hüsn ifa edə bildi. Musiqi gözəl idi. Bu kərə səhnədən şikayət ediləcək bir şey olmayıb. Xəlq olduqca məmnun olduğunu qəhqəhələr çalıb gülməsi ilə göstəriyordu. Fəqət bu gecə şikayət olunacaq bir şey varsa, o da xəlqin şuluğluğudur. Nə oleydi də xəlqimizdə bir az tərbiyeyi-ictimaiyyə oleydi...”
 
Hazırladı: E.Nuri

Загрузка...
Загрузка...