Rəsul Quliyev Milli Şuranı yerdən yerə vurdu: 'Siyasətdən getsinlər'

 
"Milli Şura bu millətə xeyir vermək istəyirsə heç olmasa müvəqqəti siyasətlə məşğul olmamalıdır"
Milli Şuranın bu gün "Məhsul" stadionundakı mitinqi başa çatan kimi sosial şəbəkələrdə aksiya ciddi şəkildə qınaq obyektinə tuş gəlib. 11 sentyabr mitinqdən fərqli olaraq, bugünkü aksiyaya iştirakçıların dəfələrlə az qatılmasına görə AXCP sədri Əli Kərimli  sərt tənqid edilir.
 
Mitinqə dəstək verən, ABŞ-da mühacirətdə yaşayan sabiq spiker öz Facebook səhifəsində 17 sentyabr mitinqi ilə bağlı bunları yazıb: " Mitinqə gələnlərin sayı verdiyim proqnozdan belə 3 dəfə az oldu. Buna dərindən təəssüf edirəm. İnsanlar yağışdan qorxub azad olmaqdan imtina etdilər və mitinqə getmədilər arqumenti faciəli səviyyədə gülüncdür. İnsanlar getməmək üçün sadəcə səbəb axtarırmış daha doğrudur.
 
Rəsul Quliyev yazıb ki, "Milli Şura ölkədəki vəziyyəti analiz edə bilmir" demək kompliment olardı. Onun fikrincə, MŞ üzvlərində "elementar məntiq çatışmır və ya yoxdur"  demək daha düzgün qiymət olar.
 
R.Quliyev yazıb: "2013-cü ildən, prezidenti legitimləşdirməklə başlanan siyasət, 17-nə mitinq təyin etmək və təşkil edə bilməməklə diktatura referendumunu da  legitimləşdirir. Milli Şura adlanan (yeganə üzvü AXCP olan) süni qurum əgər bu millətə xeyir vermək istəyirsə heç olmasa müvəqqəti siyasətlə məşğul olmamalıdır".