Rəsmi Berlindən gözlənilməz humanizm - Qaçqınlar kilsəyə yerləşdirildi...

Avropada qaçqın böhranı hər keçən gün daha da dərinləşməkdədir.
 
Turaninfo.az Moderator.az-ın-a istinadən verdiyi xəbərə görə  Suriya, İraq və Afrika ölkələrindən Avropaya axın edən qaçqınlar əsasən Almaniyaya gəlirlər. Artıq Almaniya qaçqınları yerləşdirmək üçün düşərgə tapmaqda çətinlik çəkir. Qaçqınlar üçün nəzərdə tutulmuş bütün düşərgələr hazırda doludur. Berlində isə küçədə qalmış yüzlərlə suriyalı müsəlman  kilsəyə yerləşdirilib. Alman hökuməti kilsədən razılıq alaraq qacqınları müvəqqəti olaraq kilsələrdə qalmasına nail olub. Hazırda Almaniya və digər Avropa ölkələrinə qaçqın axını davam etməkdədir