Rəqsanənin qızı ilə şəkli yayılan azərbaycanlı siyasətçi: “Bunu niyə şişirdirlər?!”

Hakim “Vahid Rusiya” Partiyasının üzvü, 10 ildən artıqdır ki, Rusiyada yaşayan azərbaycanlı siyasi ekspert Ramin Qasımovla tanınmış müğənni Rəqsanənin qızı Ausunun birgə fotosu mediada tirajlanıb.
Fotonu müğənninin qızı Aysun özünün “İnsagram” səhifəsində paylaşıb.
 
Məsələ ilə bağlı “Vahid Rusiya”nın üzvü, Rusiya Dumasına namizəd Ramın Qasımov foto ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
 
“Şou-biznesdə təmsil olunan insanlarla görüşmək, onlarla şəkil çəkdirmək normal haldır. İstər azərbaycanlı, istər rus, istərsə də digər millətin nümayəndələri olsun, fərq etməz, hər biri ilə çox normal dostluq əlaqələrimiz var. Bu cür məsələləri şişirtməsinlər. Eyni zamanda, azərbaycanlı xanımla şəklimin yayılması məsələsi mənim üçün ciddi söhbət deyil. Adi şəkildir də... Kim necə istəyir, o cür də təqdim edir. Bir şəklə görə hamıya cavab verməli deyilik ki! Yenə deyirəm. Ciddi məsələ deyil. Kiminsə toy mərasiminə qatılırıq, ya orada şəkil çəkdiririk, ya da kimsə sənin yanına gəlib şəkil çəkdirir. Burda şişirdiləsi heç nə yoxdur.
 
Bir də görürsüz ki, hansısa sənətçi hərbi forma geyinib şəkil çəkdirib. Ona qəribə baxırlar. Hətta, xanım sənətçilərin ünvanına pis sözlər yazırlar. Bir şeyi də anlamaq lazımdır ki, şou-biznes nümayəndələri də insandır. Onlar da bu formada öz emosiyalarını göstərmək istəyirlər. Bəzən mənə sual edirlər ki, “bir sənətçinin özünü vətənpərvər aparmasına necə baxırsız?”. Cavab verirəm ki, “çox yaxşı”. Əgər kimsə özünü vətənpərvər hesab edirsə, şəxsən buna sevinirəm”.
 
Ramin Qasımov Rusiyada yaşayan azərbaycanlıların say çoxluğuna da qiqqət çəkib. 
 
“Rusiyada çoxlu sayda azərbaycanlı yaşayır. Hətta çoxlu sayda müğənni var ki, çox populyardır. Kiminləsə oturub söhbət edərkən,  adi şəkil çəkdirərkən adamın ağlına da gəlmir ki, bunu şişirdə bilərlər.
Rusiya prezidenti Vladimir Putinə sual olunmuşdu ki, “haqqınızda bu qədər şeylər yazılır”. O da cavab vermişdi ki, “seçkilərdən öncə, yenə də nəsə yazacaqlar. Haqqımda nəsə fikirləşəcəklər. O qədər yazıblar ki, artıq alışmışam”. Ya siyasətçi, ya da sənətçi ol, mütləq nəsə tapıb yazacaqlar”.
Qeyd edək ki, müzakirələrə səbəb olan foto “İnstagram” səhifəsindən artıq silinib.(Modern.az)

Загрузка...
Загрузка...