Rəqqasə aldığı bahalı hədiyyədən danışdı: “1500 qiyməti var”

Rəqqasə Fatimə Fətəliyeva Amerika səfərindən danışıb.
Musavat.com saytına açıqlama verən rəqqasə bildirib ki, səfərinin məqsədi  yaradıcılığı ilə bağlı olub:
“İlk dəfə idi ki, Amerikaya gedirdim. Səfərimin məqsədi konsert vermək idi, orada mükafat da aldım. Amerika üçün viza alanda çox sevindim, çünki oraya hər adamı buraxmırlar. Qızım ingilis dilində səlis danışdığına görə, mənə səfər rahat oldu. Yeni dostlar qazandım. Azərbaycanda insanların çoxu nə isə umduqları üçün adama yaxınlaşır. Amerikada Azərbaycanda 20 il qabaq olan səmimiyyət vardı. Bol-bol alış-veriş etdim, çox pul xərclədim. Bəzən fikirləşirik ki, xarici ölkələrdə olan məhsullardan ölkəmizdə yoxdur. Amma elə deyil, Bakıda Amerikada olan çox şeyi tapmaq mümkündür. Xarici ölkələr bəyənsəm də, heç vaxt köçüb yaşamaram. Necə deyərlər, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşıdır”.
Fatimə mayın 26-da baş tutacaq konsertindən də bəhs edib: “Suraxanı rayonunda yerləşən Heydər Əliyev parkında 28 mayla bağlı tələbələrimlə birlikdə çıxış edəcəyəm. “Banu”  rəqs məktəbimin tələbələri ilə yanaşı şou-biznesin tanınmış simaları da konsertdə səhnə alacaq. Tədbir bayramla əlaqədar olsa da, bunu bir hesabat olaraq düşünürəm”.
F. Fətəliyeva aldığı bahalı hədiyyələrdən də danışıb: “Hədiyyə almağı hər qadın kimi sevirəm.  Mənim üçün hədiyyənin böyüklüyü önəmli deyil, əsas diqqətdən kənar qalmamaqdır. Sonuncu dəfə 1500 manatlıq üzük hədiyyə etdilər, hədiyyə edənin kimliyini açıqlaya bilmərəm. Mənim üçün ən böyük hədiyyə övladlarımdır. Onların xoşbəxt olması mənim üçün yetərlidir”.