Röyaya yol polisinin etdiyi xəbərdarlıq barədə: “Qanun qanundur”

Əməkdar artist Röya Ayxana tədbirlərin birindən çıxıb avtomobilinə minərkən Dövlət Yol Polisinin əməkdaşı tərəfindən xəbərdarlıq olunub. Yol polisi müğənniyə yaxınlaşaraq avtomobilinin düzgün park olunmaması haqda məlumat verib.
Musavat.com hadisə ilə bağlı Röyanın mətbuat katibi Türkan Məmmədli ilə əlaqə saxlayıb. Müğənninin mətbuat katibi bildirib ki, sürücü avtomobilin orada saxlanılmasının qayda pozuntusu olduğunu bilməyib:
“Röya mağazadan çıxıb avtomobilinə minmək istəyirdi. Maşın əvvəldən orada saxlanmayıb, Röyanın minməsi üçün dayanıb.  Onun avtomobilini sürücü idarə edir, oranın qadağan olunmuş yer olduğunu bilməyib. Həmin ərazidə kim maşın saxlasaydı, xəbərdarlıq olunacaqdı. Bu şəxs Röya olduğu üçün məsələ böyüdüldü. Ona cəza yazılmayıb, sadəcə xəbərdarlıq olunub. Əgər polis deyibsə, maşın saxlamaq olmaz, deməli, bir daha belə hal yaşanmayacaq. Hər an Azərbaycan qanunlarına əməl etməyə hazırıq, bizim üçün qanun qanundur. Bu barədə geniş danışmağa ehtiyac yoxdur”.