Röyaya Moskva konsertində BAHALI HƏDİYYƏ: "Gələn dəfə bir az balaca edin" - FOTO

Baxış sayı: 
171
0  
0  

 
Əməkdar artist Röya Ayxan Moskvada konsert proqramı ilə çıxış edib.
Publika.az xəbər verir ki, o, Vegas City Hallda səhnəyə çıxıb. Qırmızı libası və krem ayaqqabısı ilə diqqətləri üzərinə çəkən sənətçinin imicini dəyişməsi də gözlərdən yayınmayıb. Belə ki, saçlarını uzadıb, onları sarı rəngə boyayan Röyanın yeni görüntüsünü stilist Anar Ağakişiyev ərsəyə gətirib.
 
 
Gecəboyu səhnədə sevilən hitlərini bir-birinin ardınca səsləndirən sənətçi hədiyyə yağışına qərq edilib. Ona verilən ən gözəgəlimli hədiyyə isə oyuncaq ayı olub. Boyu və çəkisi ilə diqqət çəkən oyuncaq o qədər iri olub ki, Röyanın komandası ayıya əlavə təyyarə bileti almaq məcburiyyətində qalıb. Bu barədə Əməkdar artist özü məlumat verib: "Gələn dəfə hədiyyəni bir az balaca edin, "Mişka"ya da bilet almaq məcburiyyətində qalırıq".
 
 
Qeyd edək ki, bu Röyanın Moskvada sayca üçüncü böyük konsertidir.
Pərviz Hüseyn

Загрузка...
Загрузка...