Röyanın efirə içkili çıxdığı iddia olundu: “Harada kişi varsa, orada ehtiras var”

 
Ötən gün müğənni Röya Ayxan “Xəzər” televiziyasında ilk efir günü yayımlanan “Nəsib olsa” verilişinin qonağı olub. Müğənni proqramda tez-tez aparıcının sözünü kəsib, qonaqlara replikalar atıb və hədiyyə qutusuna təpik vurub.
 
Röya öncə onun adı yazılan gül qutusunu təpikləyib. Sonra yeni verilişi “Çöl adamı” haqda danışan Kamal Dənizin sözünü kəsib.
 
O, “Məhəbbət, ehtiras... Kamal, bas bağla. Harada kişi varsa, orada ehtiras var. İnsanlar qayğı içindədir. Onlara sevgi, ehtiras lazımdır”, - deyə bildirib.
 
Müğənni daha sonra aparıcı Zaur Kamalla danışan aparıcının sözünü kəsib. O, deyib ki, Zaur qocalmır. O, harada yatır? Soyuducuda necə dərəcədə qalır ki, qocalmır? 10 ildir ki, səhnədəyəm. Zauru uşaqlıqdan izləyirəm. Zaurdan soruşmaq istəyirəm ki, nə zaman öləcək?”
 
Röyanın bu addımı birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri onun efirə içkili çıxdığını iddia edib.
 
Musavat.com məsələ ilə bağlı müğənninin prodüseri Vüsalla əlaqə saxlayıb.
 
O, saytımıza açıqlamasında qeyd edib ki, “Xəzər” televiziyasının öz qayda-qanunları var. Orada efirə heç kim içkili çıxa bilməz. Yeni bina, yeni kollektivdir. Verilişin mövzusu zarafat tipində idi. Türkiyənin “Beyaz show” verilişini xatırladırdı. Əvvəlcədən ssenari qurulmuşdu. Röyaya deyilmişdi ki, içərisindən adı çıxacaq qutuya təpik vursun. Orada artıq hərəkət olmayıb”.