Röyadan küsülü olduğu Natavan Həbibi, Nigar Camal və Elnarə Xəlilovaya JEST

Əməkdar artist Röya Ayxan illərdir danışmadığı həmkarları Elnarə Xəlilova, Natavan Həbibi, həmçinin Nigar Camal haqqında gözlənilməz açıqlamalar verib.
Publika.az xəbər verir ki, müğənni “Xəzər” TV-də yayımlanan “Xəzər maqazin” proqramına müsahibə verib. Röyanın sözlərinə görə, bir zamanlar “W-trio” qrupunda birlikdə oxuduğu Natavan Həbibi və Elnarə Xəlilova onun üçün əziz insanlardır:
“Küsülü olmağım yadımdan çıxır. Mən hər kəsə salam verirəm. Ona görə də içimdə heç kimə qarşı küsülülük yoxdur. O iki qız nə vaxt istəyir küsüb-barışsınlar, mən onlardan heç vaxt küsmürəm. Mənim üçün əzizdirlər, ailəm kimidirlər. Üçümüzün də çox ağır həyatı var. Hamımız çiynimizdə yük daşıyırıq, onlar bilir ki, məndə olan yük isə daha çoxdur”.
2017-ci ilin sonlarında “Altın Kelebek” mükafatlarının təqdim olunma mərasimində Nigar Camalla böyük qalmaqal yaşayan sənətçi bildirib ki, yeganə adamdır ki, ona hirslənə bilmir:
“Sizə bir söz deyim ki, Nigar yeganə adamdır ki, ona hirslənə bilmirəm. Bilirsiniz, belə pis oldum, doğrudan, çox istəyirdim. Sonra başa düşdüm ki, bu qıza əsəbiləşə bilmirəm. Vallah, onun haradasa ağ tükü var, qopardın onu. Məsələni heç uzatmamışam, söhbəti uzadan adam deyiləm. Ancaq kəskin acı dilim var. Bir dəfə deyirəm, çıxır gedir”.
Qeyd edək ki, Röya Ayxan son zamanlar bütün həmkarları ilə barışmağa çalışır. O, bir müddət öncə Əməkdar artist Sevda Ələkbərzadə, müğənnilər Nura Suri, Elton Hüseynəliyev, prodüser Tolik və başqaları ilə barışıb.

Загрузка...
Загрузка...