​Röyadan Aygün Bəylərə SƏRT SÖZLƏR: “Ona çox keçdim, amma...” – FOTO

Baxış sayı: 
208

Əməkdar artist Röya Ayxan məhkəməyə verdiyi Aygün Bəylər haqda sosial mediadakı hesabında paylaşım edib.
Publika.az xəbər verir ki, o, A.Bəyləri xanəndə adını ucuzlaşdırmaqda günahlandırıb: “Media nümayəndələrindən xahiş edirəm ki, bunun adını qalmaqal qoymasınlar. Əgər kimsə öz qadınlığına hörmət etmirsə, öz işidir. Mən sənətimə də, işimə də, özümə də hörmət edirəm. Bunu gərək üç il öncə edərdim, amma boynundan atdı. Sübut da etdik, üstünə çox gedib pərt etmək istəmədim. Ona çox keçdim, amma bu dəfə həddini aşdı. Xanəndədirsə, xanəndə adına layiq hərəkət etsin. Mən pop sənətçisiyəm, onun mənimlə, mənim də onunla heç bir əlaqəm yoxdur. Olmadı, olmayacaq da. Bizim oxuduğumuz janrlar başqadır. Amma xanəndələri belə ucuzlaşdırmasın. Dostlarımdan da xahiş edirəm, ona görə mənə heç kim zəng etməsin”.

Загрузка...
Загрузка...