​Röya və Faiq Ağayev arasında QALMAQAL: "Çox qaşıma!" - VİDEO

 
Xəbər verdiyimiz kimi Xalq artisti Faiq Ağayevin "Azərbaycanda yalnız 3 müğənni konsertdən real gəlir və izləyici toplayır ki, onlardan biri də mənəm" sözləri ətrafında qalmaqal səngimək bilmir.
Publika.az xəbər verir ki, keçirdiyi mətbuat konfransında Ağayevin bu sözləri ilə razı olmadığını bildirən Əməkdar artist Röya Ayxana müğənni video paylaşım edərək ismarış yollamışdı. O, instaqramda ifaçını nəzərdə tutaraq "Sizi də sadəlövh sayıb, özünü də, ətrafı da aldatmaq istəyənlər olub yəqin... Yaxın keşmişə səyahət" sözlərini yazmışdı.
Röya Ayxan isə həmkarına elə eyni yoldan cavab verməyi üstün tutaraq, instaqramın hekayələr bölməsində video paylaşıb və bunları deyib: "Mən də nə qədər ki, indiyədək hörməti qoruyub saxlamışam, yenə də qoruyub saxlayacağam, amma çox qaşıma".
Qeyd edək ki, tərəflər arasındakı qalmaqalın səbəbi Faiq Ağayevin Azərbaycanda verdiyi konsertdən real gəlir və izləyici yığan müğənnilər sırasında Röyanın adını çəkməməsi olub.
 
Pərviz Hüseyn

Загрузка...
Загрузка...