Röya “sevgilisi” ilə YENİDƏN BİR ARADA: “Sən hər şeyin...” - FOTO

Əməkdar artist Röya Ayxan işləri ilə bağlı Türkiyəyədir.
Publika.az xəbər verir ki, ifaçı ötən gün rejissor Nihat Odabaşının yeni biznesi olan saçlara qulluq vasitələrinin təqdimat gecəsində türkiyəli ulduzlarlarla bir araya gəlib.
O, Vilma Elles, Ahu Yağtu, Ece Seçkin, Simge Sağın kimi məşhurların iştirak etdiyi gecədən fotoları sosial media hesabında yayımlayıb.
Nihat Odabaşı ilə səmimi fotolarını paylaşan müğənni fotoya “Sən hər şeyin gözəlinə dəyərsən, Nihatım” şərhini yazıb.
Qeyd edək ki, Nihat Odabaşı Röya Ayxanın “Yolun açık olsun” klipinin müəllifidir. O, eyni zamanda ekran işində Röyanın sevgilisi obrazını canlandırıb.
Pərviz Hüseyn

Загрузка...
Загрузка...