Röya qalmaqalına AYGÜN KAZIMOVADAN MÜNASİBƏT: “Doğruları söyləyib” – VİDEO

Baxış sayı: 
183

ATV-nin efirində yayımlanan “ATV maqazin onlarla” verilişinin “Hit parad” rubrikasını bu dəfə Xalq artisti Aygün Kazımova sıralayıb.
Publika.az xəbər verir ki, 10-cu pilləyə Əməkdar artist Tünzalə Ağayevanı layiq bilən Xalq artisti radio proqramların birində onun yanından keçib salam verməyən həmkarına eyham vurmağı da unutmayıb: “Mən Tünzaləyə “Bakı payızı”nda da 10 bal vermişdim. Bugünkü gün də belə həmin yarışmadan kimlər sağ qalıbsa, onları görəndə qarşılarına qaçıb 5 dəfə salam verirdik. Biz heç vaxt gözləməmişik ki, onlar bizə salam versin. Eşidəndə gördüm ki, dəfələrlə bu mahnıya Tünzalənin ifasında qulaq asmışam. Lakin onun sevənlərinin öz zövqü var”.
9-cu pillədə Nadir Qafarzadənin mahnısını yerləşdirən A.Kazımova onu lağa qoyub: “Nadir Qafarzadə çox istədiyim insandır. Çılğın və dəli dolçadır. Radiolarla bağlı söhbət olanda çıxıb demişdi ki, verməyin bizim mahnıları, əlbəttə Nadirin mahnısını verməzsiniz axı, o, bozbaş müğənidir. Onun bu fikrinə o qədər gülmüşəm”.
O, daha sonra Nadirin “sorry” mahnısından bir hissə oxuyaraq müğənninin yanlış seçim etdiyini deyib: “Yekə oğlansan, bu nə mahnıdı oxumusan?”
A.Kazımova həmkarı Miri Yusifi isə beşinci pilləyə yüksəldib, bəzi müğənnilərin onu qısqandığını deyib: “Əvvəlki hit paradlarda Miri Yusifi qaralayırdılar. Bunun səbəbi isə onun sənətinə olan paxıllıqdan irəli gəlir. Bir sənət dostu nəsə səhv edirsə, hamısı media vasitəsilə çağırış edirlər. Əgər niyyətiniz safdırsa, bunu telefonla edin”.
Xalq artisti Əməkdar artist Röya Ayxanla İradə İbrahimovanın da qalmaqalına münasibət bildirib: “İradənin həmin sözləri pis niyyətlə dediyinə inanmıram. İçi mən qarışıq olmaqla İradə doğruları söyləyib. Şəxsən mən də yoruldum. Əsas şeyi anlayandan sonra marağım öldü. Anladım ki, bizimkilərdən kimsə orada meydan sulamayacaq, sulaya bilməyəcək. Orada şou-biznes doğru-düzgün qurulub, başqa ölkənin ifaçısı lazım deyil. Bizə pul mənbəyi kimi baxırlar. Məqsədləri bir manata olan şeyi beş manata satmaqdır”.
Bir neçə il öncə məhkəmələrdə qarşı-qarşıya gəldiyi Natavanı üçüncü sırada görən Kazımova onu xeyli tərifləyib: “Dalaşdı, məhkəmələr oldu. Planet, Yer kürəsi, Yupiter və Mars məhkəməsi sonunda yoruldu. Bir müğəni kimi çox yaxşıdır. Çətin mahnılar ifa edir, orada çox gözəl səs diapazonunu nümayiş etdirir. Neçə ildir Natavanı görmürəm. Səni təbrik etməyə çatdıra bilmədim, amma indi keçmiş olsun deyirəm”.
A.Kazımova səhnədə ağladığı anların Natavana pis təsir etməsinə və onun haqqında dediyi sözlərə cavab verib: “30 il sonra gördün məni, Natavan, çox gec gördün. Bu sözlər mənə xoş təsir etdi. Sənətçidən başqa onu kim anlaya bilər ki?”
Günay İbrahimliyə dəstək olan Kazımova onun qarşısını heç kimin kəsə bilməyəcəyini deyib:
“Bu “çıqqılı” qızı niyə qaralayıblar, başa düşmürəm. Nə qədər görürlər səndə potensial var, ona görə əvvəlcədən daşlamağa başlayırlar. Amma başa düşmürlər ki, bu olacaqsa, qarşısını kəsmək mümkün deyil. Bacarmayacaqlar. Necə ki, əsrlər boyu kəsmək istədiklərini insanların qarşılarını kəsə bilməyiblər.
1-cı sıraya bir vaxtlar yaxın rəfiqəsi olan, son illər danışmadığı həmkarı Xalq artisti Zülfiyyə Xanbabayevanın “Etiraf” mahnısını layiq görən Aygün Kazımova onunla arasında olan söhbətin Tolikin bilməsindən narahatlıq keçirib: “Zulya ilə məni çox illər və çox hisslər bağlayır. Onun prodüseri ilə danışdığımız özəl söhbət elə bildim aramızda qalıb. Ancaq belə deyilmiş. İllərdir dostluq etdiyim bir insanın özəl söhbətimizi Tarikoşaya (red – prodüser Tarix Əliyev) danışmasını yaraşdırmıram. Hamı soyuqluq olduğunu bilirdi. Amma necə olmuşdu, niyə olmuşdu. Bu bizim aramızda olan bir sirr idi”.
Sonda A.Kazımova eks-sevgilisi, meyxanaçı Namiq Qaraçuxurlunu çıxarıb: “Gəlib hara çıxmısan? Bura sənin yerindir?”

Загрузка...
Загрузка...