Röya ona qadağa qoyan Afaq Gəncəliyə ELƏ SÖZLƏR DEDİ Kİ... - "300 dəfə..."

Baxış sayı: 
177

Əməkdar artist Röya Ayxan bu dəfə tanınmış aparıcı Afaq Gəncəliyə söz atıb.
Publika.az xəbər verir ki, müğənni aparıcının “ATV maqazin onlarla” proqramında ona qadağa qoyması barədə yayılan xəbərlərə münasibət bildirib: “Bunlar düzdür mənim “Kufşin”im? Həyatdır, hər şey ola bilər. İnsanlar durmadan dəyişir, mən bunun günahını estetik əməliyyat edən həkimlərdə görürəm. Deyirəm ki, 3 dəfə burun, 8 dəfə diş əməliyyatına girdim. 300 dəfə də saçıma qaynaq etdirmişəm. Bəs mən niyə dəyişmədim? Ay millət, ekologiya budur. Telli xanım (Röya Ayxanın anası - red.), məni cəsur və qürurlu dünyaya gətirdiyin üçün təşəkkür edirəm. Amma qəbul etməsən də, dədəmin də haqqı var. Afaqla başladım, anamla bitirdim. Cəmi 10-a yaxın kanalımız var, məni sevməyin, nə edim? Bu arada, onlar Nihat Odabaşı Bakıya gələndə onu çəkməyən maqazin proqramıdır. Niyə gəlmədiklərini indi başa düşürük. Sizdə belə şey yoxdur, amma bizdə hamı “star”dır”.
 
 
Qeyd edək ki, proqramda İradə İbrahimovanın Röyaya söylədiyi fikirlərdən sonra hər iki məşhur arasında narazılıq yaranmışdı.

Загрузка...
Загрузка...