​Rövşənin qətlindən sonra ilk silahlı toqquşma

 
 
 
Dünən Yekatrinburqda məşhur tərəvəz bazasında silahlı toqquşma baş verib. Qaynarinfo.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
 
 
 
Münaqişə nəticəsində bir nəfər yaralanıb. Məlumatı DİN Baş İdarəsi də təsdiqləyib. İnsident zamanı bazada çalışan fərdi sahibkarlardan biri 1994-cü il təvəllüdlü adı açıqlanmayan şəxsi travmatik tapança ilə dizindən yaralayıb.
 
 
 
Bu bazanın bir hissəsinə nəzarət mərhum Rövşən Lənkəranskinin əlində olub. Baş verən silahlı insidentin nüfuz sahələrinin bölüşdürülməsi üstündə olduğu istisna edilmir.