​Rövşən Lənkəranski Türkiyədə güllələndi - Avtoritetin ömür yolu (Video - Fotolar)

 
İstanbulun Beşiktaş bölgəsində azərbaycanlı iş adamı Rövşən Əliyev güllələnib.
 
Musavat.com Milliyet.com.tr-yə istinadla xəbər verir ki, hadisə gecə saat 12:30-da baş verib. R.Əliyev oteldə toplantı keçirdikdən sonra 90 ND 011 dövlət nömrə nişanlı avtomobilində oteldən çıxarkən naməlum şəxslər tərəfindən dayanacaqda hücuma məruz qalıb.
 
Cinayətkarlar avtomobili avtomat silahlardan atəşə tutublar. R.Əliyevin sürücüsü də onlara cavab atəşi açıb.
 
Atışma nəticəsində sürücü və  R.Əliyev isə ağır yaralanıb. Xəstəxanaya götürülən sürücü ölüb, R.Əliyev isə xəstəxanada həyatını itirib.
 
Musavat.com-a daxil olan məlumata görə, güllələnən şəxs məşhur avtoritet Rövşən Lənkəranskidir. Onun soyadının Əliyev göstərilməsinə gəlincə, bildirilir ki, ata soyadı Canıyev olan Rövşən bir müddət öncə ana soyadını götürüb.
 
Xəbəri Rövşən Lənkəranskinin qohumu, Milli Məclsiin deputatı Fəzail Ağamalı da təsdiqləyib. O, Rövşən Canıyevin qətlə yetirilməsi barədə xəbərin doğru olduğunu bildirib və deyib ki, R.Lənkəranski dəfn edilmək üçün Azərbaycana gətirləcək.
 
Məlum olduğu kimi, Fəzail Ağamalının qardaşı qızı, Rövşən Lənkəraniskinin qardaşının həyat yoldaşıdır.
 
***
 
Rövşən Lənkəranski 27 yanvar 1975-ci ildə Lənkəran şəhərində milis ailəsində anadan olub. Azərbaycan vətəndaşı, orta təhsilli, ailəlidir.
 
İlk dəfə 1996-ci ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib. Səbail rayon məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə R.Caniyev cinayət məsuliyyətindən azad edilib.
 
Rövşən Caniyev oğru aləmində "Rövşən Lənkəranski" kimi tanınır. 2002-ci ildə Rövşən barəsində cinayət işi təzələnir. Lakin Rövşən istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 1 iyul 2002-ci ildə axtarış elan olunub.
 
2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. Dövlət ittihamçısı R.Caniyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.
 
Son vaxtlar o, gah Türkiyədə, gah da Ukraynada yaşayır, biznes fəaliyyəti ilə mə.ğul olurdu.
 
Bu yaxınlarda kriminal avtoritetlərin Ermənistanda keçiirlən toplantısında R.Lənkəranski haqqında ölüm hökmü çıxarılmışdı.