Rövşən Lənkəranski qətlindən bir neçə saniyə əvvəl… - VİDEO

 
 
 
Azərbaycanın yeraltı dünyasının tanınmış siması Rövşən Lənkəranskinin ölüdürülməsi ilə bağlı yeni məlumatlar əldə edilib.
 
“A24.az” xəbər verir ki, polis, cinayətin arxasında beynəlxalq mafiya hesablaşmasının olmasından demək olar ki, əmindir.
 
Rəqimlərinin öldürülməsi üçün 5 milyon dollar mükafat qoyduğu Azərbaycan mafiya atasının Rusiyadakı bəzi şəxslər üçün öldürmə əmri verdiyi də bildirilir.
 
Bundan başqa İstanbulda lüks avtomobilin içində 65 atəşlə öldürülən Rövşən Əliyevin videogörüntüləri də ortaya çıxıb.
 
Türkiyə mediası Beşiktaşdakı oteldən azərbaycanlı dostu və sürücüsü ilə çıxan Rövşən Əliyevin öldürülmədən saniyələr əvvəl son görüntülərini yayımlayıb.