​Rövşən Lənkəranski İstanbulda öldürüldü - FOTOLAR

 
İstanbulun Beşiktaş ərazisindəki otellərdən birinin qarajından çıxan Azərbaycan dövlət nömrə nişanlı CİP Saray prospekti istiqamətində gedərkən nəməlum şəxslər tərəfindən atəşə tutulub. CİP-də olan 2 nəfərdən 1-i öldürülüb, digəri isə ağır yaralanıb. Yaralı şəxs yoldan keçən taksi ilə xəstəxanaya çatdırılıb.
 
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə gecə saat 00:30 radələrində baş verib.
 
Avtomobildə qətlə yetirilən şəxsin azərbaycanlı avtoritet Rövşən Əliyev (Lənkəranski) olduğu, sürücünün isə yaralandığı bildirilir.

 
Qeyd edək ki, Rövşən Lənkəranski Rend-Rover markalı cipdə olub.