​Rövşən Lənkəranski dəfn olundu - FOTOLAR (YENİLƏNİR)

 
Rövşən Lənkəranski (Canıyevin) doğulduğu Lənkəran şəhərində dəfn edilib.
 
R. Lənkəranski Kiçik Bazar qəbiristanlığında atasının yanında torpağa tapşırılıb.
 
***
Məsciddə qılınan cənazə namazından sonra Rövşən Ləkəranskinin nəşi dəfn olunmaq üçün Lənkəran şəhəri Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbirstanlığına aparılıb.
 
Dəfn mərasimi iştirakçılarının çoxluğu ilə əlaqədar "Şəhidlər xiyabanı" küçəsində nəqliyyatın hərəkəti dayandırılıb.
Küçəyə yolboyu qərənfillər səpilib.
 
Mərasimdə 10 minə yaxın insan iştirak etdiyi bildirilir.
Lənkəranski atası Rafiq Canıyevin yanında dəfn olunacaq. (report.az)
 
***
Kriminal aləmdə Rövşən Lənkəranski kimi tanınan Rövşən Canıyevlı vida mərasiminə bir sıra kriminal avtoritetlər də qatılıb.
 
Teleqraf.com-un xəbərinə görə, onlar cənazə namazında iştirak ediblər. Vida mərasiminə qatılanların sayı çox olduğundan məcsidə girişə məhdudiyyət qoyulub.
 
Xəbərə görə, kriminal avtoritetlər vida mərasimi zamanı oğru dünyasının simvollarından sayılan 8 guşəli ulduzun asıldığı yerdə əyləşiblər.
 
***
 
Ötən gün qətlə yetirilən avtoritet Rövşən Lənkəranski üçün cənazə namazı qılınıb.
 
 
“Qafqazinfo” xəbər verir ki, mərhumun cənazə namazı Lənkəran şəhərində, ata yurdunda keçirilir. Onun dəfn mərasiminə çoxlu sayda insan qatılıb.
 
 
Lənkəranskinin qardaşı mərasimdə iştirak edənlərdən xahiş edib ki, cənazə aparılarkən yolda şüarlar səsləndirilməsin. Yalnız quran ayələrinin oxunmasını istəyib.
 
***
 
Dünən Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskiyə Lənkaranda yas mərasimi təşkil edilib.
 
Teleqraf.com-un hadisə yerində olan müxbiri xəbər verir ki, səhər saatlarından başlayaraq insanlar yas mərasiminə gəlirlər.
 
Qardaşları Lənkəranskinin adına əklil hazırlatdırıblar.