Rövşən haqda hər kəsi kövrəldən Məktub

 
 
 
Kriminal avtoritet Rövşən Lənkəranski öldürüləndən sonra onun haqda sosial şəbəkələrdə minlərlə insan fikirlərini paylaşıb.
 
Vətəndaşlarımızı onun haqda xatirələrini və xoş sözlərini paylaşıblar.
 
Rövşən haqda müsbət fikirlər səsləndirən insanların arasında cəmiyyətin hər təbəqəsindən olan insanlar var.
 
Bu ölüm hadisəsi Rusiyada yaşayan həmyerlilərimizi də dərin sarsıldıb.
 
Rusiyadan yaşayan həmyerlimiz Murad Babayev Azxeber.com-a Rövşən haqda fikirlərini göndərib və deyib ki, Rövşən təkcə ona deyil, Rusiyada yaşayan yüzlərlə azərbaycanlıya bu cürə dəstək olub. Həmin məktubu olduğu kimi təqdim edirik:
 
Azərbaycanda sosial vəziyyətim ağır olduğundan Rusiyaya getmək qərarına gəldim. Dil, yer bilmədən ailəmi götürüb, ora yola düşdüm. Azərbaycanlının yanında işə düzəldim, yaşamağa kirayə ev tapdım. Səhər işə gedib, axşam evə gəlirdim. Bir gün işdən tez çıxdım. Evə çatanda polis saxladı, sənədlərimi istəyəndə dil bilmədiyim üçün məni maşına aparıb polis bölməsinə apardılar. Sənədlərimin niyə qaydasında olmadığını soruşdular, tərcüməçi vasitəsilə imkanım olmadığını və ailəmi dolandırmaq üçün bura gəldiyimi dedim. Onlar isə cavabında deportasiya olunacağımı dedilər. Fikrim ailəmin yanında qalmışdı.Əlimdən heç nə gəlmirdi artıq.
 
Birdən tam təsadüfən Rövşən Lənkəranskinin qohumuyam dedim. Onun haqqında Rusiyada çox eşitmişdim, bütün həmyerlilərimiz ondan danışırdı. Mən də bu sözləri deyəndən sonra polis bolməsinə sakitlik oldu. Bir az keçəndən sonra polis rəisi yanıma gəldi və Rövşənin qohumusan? deyə soruşdu, mən də- Bəli dedim.
 
Telefonu götütüb Rövşənə zəng elədi. Tər basdı məni, axi yalan demişdim. Dedim vəziyyət daha da qəlizləşəcək indi.
 
- Salam qardaş, necəsən?
 
- Yaxşıyam sən necəsən?
 
- Sənin bu adda qohumunu saxlamışıq, onun sənədləri düzgün deyil
 
- Bəli, düzdü o mənim qohumumdu, nə lazimdısa köməklik edin və nəyə ehtiyacı varsa qarşılayın. 
 
Onlar öz aralarında danışmağa başladılar. Şokda idim. Danışıq bitdikdən sonra rəis cibimə 5 min rus rublu qoyub məni yola saldi və nə zaman köməyə ehtiyacım olarsa ona deməyimi istədi.
 
Bu hadisəyə bəlkə də çoxları inanmayacaq amma bir Allah şahiddir ki, dediklərim həqiqətdir.
 
Rövşən haqda daha bir hadisə də sosial şəbəkələrdə geniş yayılıb. Bu olay isə Ukraynanın paytaxtı Kiyevdə olub:
 
Məni tanıyan bütün dostlarımız hər zaman kriminal dünyanın təbliğinin əleyhinə olduğumu və bu mövzuda xeyli mübahisələr etdiyimi bilir. Ancaq bugün qətlə yetirilən Rövşən Lənkəranski ilə bağlı bir xatirəmi bölüşməyə bilmirəm.
 
2012-ci ildə yaxın dostlarımdan biri ilə Ukraynanın Kiyev şəhərində idik. Kiyevə ilk dəfə gəlirdik, şəhəri tanımırdıq. Təsadüfən restoranların birində oturduq. Sən demə bu restoran Kiyevin ən problemli, turistlərə "atmaq" üçün münasib olan məkanlarındanbiri imi. Xülasə, restoranda yeyib, hesabımızı istədik. Hesab menyudakı qiymətlərdən xeyli fərqləndi, daha baha oldu. Səbəbin sorusduqda içkilərin qiymətinin menyudakından fərqli olduğunu dedilər. Bu hesabı verməyəcəyimizi, yalnız öz yediyimizin pulunu menyudakı qiymətlərə uyğun ödəyəcəyimizi dedik. Onlar bildirdi ki, deyin pul gətisinlər. Biz isə söylədik ki, hesabı verməyə pulumuz var, ancaq bu saxta hesabı ödəmək fikrində deyilik. Qanunla izah etdik ki, bu etdikləri doğru deyil və onlardan şikayət edəcəyik.
 
Restoran sahibləri isə bu sözlərimizin əvəzində restoranın bir neçə qolu zorlu mühafizəçisini çağıraraq, telefonlarımızı əlimizdən aldı və ödəniş etməyəcəyimiz təqdirdə buradan çıxa bilməyəcəyimizi dedilər. Çıxılmaz durum idi. Gördük ki, bu adamlara qanunu xatırlatmaq heç neyə yaramır. Dostumuz işin mənəvi tərəfinə keçərək bu addımın kişiliyə yaraşmadığı dedi. Bu zaman münasibət daha da aqressivləşdi və restoran sahibləri "vorovskoy" stilə keçərək bizə dediki siz nə bilirsiz ki, nə bizə yaraşır, nə yox... Bu anda dostum tam təsadüfən, biraz da öz aramızda zarafatyana dedi ki, o Rövşən Lənkəranskinin yerlisi və qohumudur. Yaxşı bilir ki, nə səhvdir, nə yox... Özümüz də şok olduq, mühafizəçilər yanımızdan aralanıb, hansısa otağa keçdilər. 3-5 dəqiqə sonra Adminstratorla birgə qayıtdılar. Adminstrator yaranmış duruma görə üzr istədi və hətta ödəməli olduğumuz real məbləği də bizdən almadan hörmətlə yola saldı....
 
Allah rəhmət eləsin!