Rövnəq Abdullayevdən şok çağırış - "Günahkardısa, gəlin, onun başını kəsək”

Bu gün PFL-in ötən 4 ildəki işinə qiymət verildi. Seçkilər oldu və Ramin Musayev bu vəzifəyə seçildi”
Bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Bu gün Peşəkar Futbol Liqasının (PFL) prezident seçkiləri keçirilib və yeganə namizəd Ramin Musayevin qarşıdakı 4 il ərzində bu postda qalması təsdiqlənib. AFFA rəhbəri iclasdan sonra təşkil edilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Çətin də olsa, PFL-lə birlikdə yüksək səviyyədə çempionat keçirmişik. Ən əsası, ədalətli olub. Eyni zamanda ədalətli hakimliyimiz olub. Hakimliyin keyfiyyətini qaldırmaq üçün işlər görürük. Onlar hər il ən yüksək səviyyədə 2 toplanış keçirlər. Mən PFL-ə tövsiyələrimi verdim. May ayında Qəbələdə 8 klubun iştirakı ilə böyük turnir keçirəcəyik. İstəyirik gözəl turnir keçirək, mükafat fondu qoyaq. AFFA-nın İcraiyyə Komitəsinin qərarına görə, gələn mövsümə ən azı 4 komanda lisenziyaya cavab versin ki, Premyer Liqaya keçə bilsin. İstəyirik, növbəti mövsüm ən azı 10 komandalı çempionat keçirək”.
– Yalnız Ramin Musayevin namizəd olacağını gözləyirdiz?
– Gözləyirdim. İlk dəfədi ki, Avrokubokda 3 klubumuz normal oyun sərgilədi. Hamısına uğurlar arzu edirik. Uğurları davam etsin, bizə də futbol bayramı qismət olsun.
– AFFA və PFL prezidentliyinə namizəd olmaq üçün cəsarətdən başqa nə lazımdı?
– Bu, böyük cəsarət tələb etmir. Mən istərdim ki, alternativ olsun. Belədə seçkilər daha maraqlı keçər. Namizədliyini verən yoxdusa, mən nə edə bilərəm?
– Hakimlərimiz son toplanışı ölkə daxilində keçirdilər. Bunun səbəbi nə oldu?
– Hakimlərimiz yayda Bolqarıstana gedəcəklər. Qışda hava ilə bağlı getmirlər. Üstəlik, həmin vaxt komandalar da olmur.
– Xaqani Məmmədovun yerinə nə zaman namizəd olacaq?
– Hakimlərin səhvində Xaqani Məmmədov günahkardısa, gəlin, onun başını kəsək. Avropa çempionatında hakim səhvləri olur, onları güllələmək lazımdı? Yoxsa, Kollinanı? Əsas odu ki, hakimlər qərəzli olmasın. Qərəzli idarəçilik artıq yoxdu. Mərc oyunları Avropada baş alıb gedir. Gülməli şeylərə pul qoyuluşu edir. Belə hal olsa, həmin şəxs məsuliyyətə cəlb olunmalıdı.
– Dövlət Proqramının vaxtı bitib. Yeni proqram hazırlanacaqmı?
– Proqram hazırlamışıq. 2020-2025-ci ilə qədərki qısa proqram olacaq. Futbol tarixində ən vacibi 2020-ci ildi