Rövnəq Abdullayev FİFA-nın prezidenti ilə Parisdə ziyafətdə

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ziyafət təşkil edilib.
Ölkə.Az virtualaz.org-a istinadən məlumatına görə, tədbirdə SOCAR-ın və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev, FİFA-nın prezidentiCanni İnfantino, UEFA-nın və müxtəlif ölkələrin futbol federasiyalarının rəhbərləri, dünya futbol ictimaiyyətinin nümayəndələri, həmçinin Avropa futbolunun keçmiş ulduzları - hollandiyalı Ruud Qullit və italyan Kristian Veri iştirak ediblər.
Məlum olduğu kimi, SOCAR UEFA-ın partnyoru və bu gün bitməkdə olan Avro-2016 oyunlarının adla tanınan sponsorlarından biridir.
Sahəsi üç min kv.m təşkil edən Azərbaycan Mədəniyyət Mərkəzi 2012-ci ildə açılıb. Mərkəzin binası Eyfel qülləsinin yaxınlığında yerləşir və 1904-cü ilə aid tarixi tikilidir.