Rotşild bulvarında çoxminli aksiya keçirildi - Korrupsiyaya qarşı...

Din xadimi:”Korrupsiya ilə məşğul olanlar öz iman və təmizliklərini də itirirlər...”
 
 
Şənbə günü – dekabrın 16-da İsrail paytaxtı Təl-Əvivdə minlərlə yəhudi hakimiyyətdəki korrupsiyaya qarşı etiraz aksiyasına çıxıb.
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, mitinq şəhərin Rotşild bulvarında keçirilib.
 
Nümayiş boyu bulvara aparan kənar yollar bağlanıb. Etiraz aksiyasında çıxış edən yəhudi din xadimi Yuval Şerlo bildirib ki, korrupsiya həm də ona görə təhlükəlidir ki, onunla məşğul olan insanlar öz iman və təmizliklərini də itirirlər”. Ravvin məhkəmə sisteminin səlahiyyətlərini məhdudlaşdıran qanunların da ləğv olunmasını tələb edib.
 
Məlumata görə, analoji aksiya Kiryat-Şmon şəhərində də keçirilib.
 
Sultan Laçın

Загрузка...
Загрузка...