​Ronaldonun çılğın gecə keçirdiyi prezident qızından XƏBƏR VAR

 
 
Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovadan xəbər var.
 
myBaku.az xəbər verir ki, bir neçə gün əvvəl öldürülməsi barədə xəbərlər yayılan Gülnarənin ABŞ-ın Daşkənddəki səfirliyində gizləndiyi bildirilirö Bu iddia ilə ABŞ-ın “BuzzFeed” portalı çıxış edib.
 
Sayt yazır ki, Kərimova Amerika səfiri Pamela Spratlenlə uzun müddət sıx əlaqədə olub. İslam Kərimovun öldüyü vaxt Gülnarə ABŞ-dakı əlaqələrindən istifadə edərək, hakimiyyəti ələ keçirməyə cəhd edib. Portal Gülnarənin Amerika səfirinə məktubunu da üzə çıxarıb. Məktubda deyilir ki, o, prezident postuna iddia edə bilmir, lakin öz namizədini təklif edir. Bu ədliyyə naziri Muzrafa İkramovdur. Gülnarə qeyd edir ki, İkramov Özbəkistanda Amerika maraqlarını qorumaq əzmindədir.
 
“Lakin bu plan baş tutmayıb. ABŞ da qarşıdakı regional planları üçün “özbək şahzadəsinə” kömək göstərib və o, Amerika səfirliyində gizlədilir. ABŞ onu əlverişli vaxt üçün qoruyur”, - deyə portal yazıb.
 
Qeyd edək ki, bir neçə gün öncə G.Kərimovanın gecə öldürülərək basdırıldığı xəbəri yayılmışdı. Sonradan bunun təkzib edən informasiyalar da yayıldı. Lakin 2013-cü ildə islam Kərimov tərəfindən Londonda ev dustaqlığına məhkum edilən Gülnarə indiyə qədər ictimaiyyət qarşısında görünməyib. O, hətta atasının yas mərasiminə də gəlməmişdi.
 
Onu da bildirək ki, İslam Kərimovun ölümündən sonra onun ailəsi, o cümlədən Gülnarə Kərimova ilə bağlı bir sıra qaranlıq məqamlar üzə çıxmışdı. Onlardan biri də prezident qızının Kriştiano Ronaldo ilə münasibətləri barədə məlumatlar idi.
 
Bu barədə özbək politoloq Usman Haqnazarov öz yazısında qeyd etmişdi: "Bu günlərdə Gülnarə Kərimova heç nədən sosial şəbəkədə müsəlman geyimində fotolarını yaydı. Bu fotoları şərh edərkən yazdı ki, İslam qaydalarına əməl edir və hər gün səhərlər namaz qılır. Maraqlıdır, 2009-cu il, dekabrın 22-dən 23-nə keçən gecə hansı İslam adətləri Gülnarə Kərimovanı məcbur etmişdi ki, məşhur portuqaliyalı futbolçu Kriştian Ronaldo ilə Daşkənd iqamətgahında yatsın?! O, dekabrın 23-də səhər tezdən, məşhur futbolçu ilə keçirdiyi çılğın gecədən sonra da namaz qıldımı?!"