Ronaldo Ermənistana nifrət etdiyini bir daha sübut etdi

 
 İspaniyanın "Real Madrid” futbol klubunun portuqaliyalı oyunçusu dünən Ermənistan-Portuqaliya matçından (2:3) sonra tez-tələsik İrəvanı tərk edib.
Bu haqda məlumatı "Novosti Armeniya” agentliyi "Zvartnots” aeroport rəsmilərinə istinadən yayıb.
Məlumatda deyilir ki, Ronaldo komanda yoldaşlarını gözləmədən çarter reysilə Ermənistandan çıxıb. Onun hansı ölkəyə uçduğu bildirilmir.
Xatrıladaq ki, bu, Ronaldonun Ermənistana qarşı etdiyi hörmətsizlik ilk deyil. O, elə İrəvana gələrkən "Bakı-2015” I Avropa Oyunlarının maykasını geyinmişdi. Bu da erməni mediası tərəfindən birmənalı qarşılanmamışdı.
Ronaldonun Ermənistana qarşı belə hörmətsizlik etməsində hansı amillərin gizləndiyi açıqlanmır.  (AzNews.az)