Ronaldo Çempionlar Liqasının tarixinə düşdü

"Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının tarixinə düşüb.
Turaninfo.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu, liqanın 1/4 finalında "Volfsburq"a qarşı cavab matçında (3:0) baş verib. Sözügedən oyunda üç qol vuran portuqaliyalı hücumçu ÇL tarixində 1 mövsümdə 3 het-trik edən edən ilk futbolçu olub.
Bundan başqa, K.Ronaldo ÇL tarixində iki mövsüm 15 qol səddini aşan ilk oyunçudur.
Qeyd edək ki, ÇL-in bombardiri olan K.Ronaldo sözügedən turnirdə vurduğu qolların sayını 93-ə yüksəldib.