​Ronaldinyo yenidən 'Barselona'da

 
36 yaşlı yarımmüdafiəçi yenidən “Barselona”ya qayıdıb.
 
Oxu.Az xəbər verir ki, ancaq o, Kataloniya klubuna futbolçu kimi yox, məsul şəxs kimi geri dönüb.
 
Verilən məlumata əsasən, “Barsa”nın ABŞ-dakı səfiri təyin olunan Ronaldinyo komanda üçün yeni istedadlı futbolçular axtarışında olacaq.
 
"Barselona" sentyabrın 6-da Nyu-York şəhərində yeni ofis açacaq.
 
Qeyd edək ki, 2003-2008-ci illərdə “Barselona”da çıxış edən Ronaldinyo 145 oyuna 70 qol vurub.