Roma Papası yenə ‘soyqırım’ dedi

Roma papası Fransisk Ermənistana səfəri əsnasında 1915-ci ildə baş verən hadisələri “soyqırım” adlandırıb.
Turaninfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, iyunun 24-də Ermənistana gedən papanın səfəri üç gün davam edəcək.
Ermənistan prezidenti Serj Sarkisyanla prezident adminstrasiyasında görüşən papa deyib: “12 aprel 2015-ci ildə erməni siyasətçiləri və din xadimlərilə Vatikanda 1915-ci il hadisələrinin 100 illiyini qeyd edirdik”.
Papa daha sonra başını oxuduğu vərəqdən qaldıraraq əlavə edib: “Bu tragediya, bu soyqırım keçən əsrin böyük fəlakətlərinin başlanğıcı oldu. Baş verənlər irqi, dini, ideoloji səbəblərlə bir xalqı yox etməyi qarşılarına məqsəd qoyan cəlladlar tərəfindən törədildi. Böyük beynəlxalq qüvvələr isə başlarını digər tərəfə çevirmişdi”.
Qeyd edək ki, jurnalistlər onlara əvvəlcədən paylanılmış papanın çıxış mətnində “soyqırım” ifadəsinin yer almadığını bildiriblər.