Roma papası payızda Azərbaycana səfər edəcək

Roma papası Fransisk 30 sentyabr - 2 oktyabr tarixlərində apostol səfərinə çıxacaq. Bu səfər çərçivəsində o, Gürcüstan və Azərbaycana də gələcək.
Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə Müqəddəs taxt-tacın mətbuat xidməti xəbər yayıb. Buna qədər o, Ermənistana gedəcək.