Roma Papası Bakıya gəldi

 
Roma Papası Fransisk oktyabrın 2-də Azərbaycana pastoral səfərə gəlib.
 
Ölkə.Az xəbər verir ki, Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Zati-müqəddəslərinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Roma Papası Fransiski hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıbar.