​Rəna Əkbərova: "İşdən öz istəyimlə ayrılmışam"

Baxış sayı: 
222
0  
0  

 
 
Bu gün bir neçə xəbər saytı tanınmış jurnalist Rəna Əkbərova barəsində yalan məlumatlar yayıb.
 
Cebhe.info xəbər verir ki, bu məsələ ilə bağlı jurnalist feysbukda bunları yazıb:
 
"Rica edirəm SalamNews İnformasiya Agentliyindən işdən ayrılmağımla bağlı qeyri-dəqiq xəbərləri yaymayın. Nəzərinizə çatdırım ki, mən 7 il baş direktor vəzifəsində çalışdığım agentlikdən öz istəyimlə ayrılmışam, bu addımı atmağımın səbəbi gərgin iş rejimindən yorulmağımdır. Agentliyin həm kollektivi, həm də rəhbərliyi ilə xoş münasibətdəyəm, məni işdən heç kim azad etməmişdir".
 
Qeyd edək ki, R.Əkbərova 2010-2017-ci illərdə "Salamnews"un baş direktoru olub və bu gün xəbər saytlarında onun işdən çıxarılması ilə bağlı məlumat yayılıb.
 
Cebhe.info

Загрузка...
Загрузка...