Rəisin törətdiyi qəza ilə bağlı DİN-dən açıqlama

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalovun törətdiyi iddia olunan qəza ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama verib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı İlham Babayevin Axar.az-a verdiyi məlumata görə, bir neçə gün bundan öncə yaşanan hadisə ilə bağlı yayılan məlumat yanlışdır. İ.Babayev bildirib ki, qəza Gəncə Dövlət Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalovun xidməti avtomobili ilə törədilib. Lakin avtomobili idarə edən R.Zalovun sürücüsü olub:
 
“İşıqforun yaşıl işığı yanan zaman sürücü hərəkət edib və piyada keçidinin üstündə olan xanıma yüngülcə toxunub. Saytların yazdığı kimi, xəsarət alan xanım maşının altında qalmayıb. 1979-cu il təvəllüdlü xanım zərbə nəticəsində dizindən xəsarət alıb. R.Zalov və sürücüsü onu dərhal şəxsi avtomobili ilə xəstəxanaya çatdırıb. Xəstəxanada ilkin müayinədən sonra xanımın vəziyyəti yaxşı olduğuna görə ambulator müalicəyə buraxılıb.
 
Hadisəni törədən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq tədbir görülüb”.
 
Qeyd edək ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalovun idarə etdiyi avtomobillə qəza törətdiyi barədə məlumat yayılmışdı.

Загрузка...
Загрузка...