Rəis müavini xanıma 3 dəfə pul verdi, 4-cü dəfə tutdurdu

Baxış sayı: 
188

İsmayıllı rayon polis şöbəsinin rəis müavini Pərviz İsmayılov və “Evromed” Tibb mərkəzində həkim kardioloq işləyən Tofiq Sadıqovu şantaj etməkdə təqsirli bilinən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Axar.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
 
Vəfa Dadaşovanın 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, Vəfa Dadaşova 5 il müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, Vəfa Dadaşova 2013-cü ilin iyununda Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Evromed” Tibb mərkəzində həkim kardioloq işləyən Tofiq Sadıqov tərəfindən tibbi müayinə olunarkən guya ona qarşı seksual xarakterli nalayiq hərəkətlər edilməsinə dair həqiqətə uyğun olmayan rüsvayedici məlumatları Səhiyyə Nazirliyində, sosial şəbəkələrdə, mətbuatda, Tofiq Sadıqovun iş kollektivində və yaxın qohumları arasında yayaycağı ilə hədələyib. O, həmin il noyabrın sonlarında Tofiq Sadıqovdan 1000 manat tələb edib. Bu əməliyyatdan bir müddət sonra Vəfa Dadaşova Tofiq Sadıqovdan eyni tələblə təkrar 1000 manat ala bilib.
 
Bundan başqa, Vəfa Dadaşova tanışı Pərviz İsmayılovun (Pərviz İsmayılov İsmayıllı rayon polis şöbəsinin rəis müavinidir – red.) dostu Pərviz Hüseynov ilə birlikdə 2010-cu ilin aprel-may aylarında Binəqədi rayonunda yerləşən “Oğuzxan” şadlıq sarayının arxasındakı çay evində olub. Bu zaman Pərviz İsmayılov guya ona sulu qəlyan çəkdirib və narkotik vasitənin təsirindən huşsuz hala gətirib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, Pərviz İsmayılovu bu məlumatlarla iş kollektivi arasında rüsvay edəcəyi ilə hədələyib, ondan 2000 ABŞ dolları tələb edib, “Oazis” restoranının qarşısında Pərviz İsmayılovdan tələb etdiyi pulu ala bilib.
 
Daha sonra Vəfa Dadaşova Pərviz İsmayılovdan iki dəfəyə 3500 ABŞ dollarını 14 mart 2017-ci il tarixdə Yasamal rayonu, Azərbaycan prospekti 30 ünvanında yerləşən Bakı şəhəri 1 saylı hüquq məsləhətxanasında alıb. O, həmin pulu alandan sonra Pərviz İsmayılovu yenə də şantaj edib və ondan 2000 ABŞ dolları və martın sonlarında isə 1500 ABŞ dolları alıb.
 
Bundan başqa, Vəfa Dadaşova Pərviz İsmayılovun onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını iş kollektivində və yaxın qohumları arasında yaymaqla hədələyib, ondan 50000 manat tələb edib, Pərviz İsmayılovun bununla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciəti əsasında 1 may 2017-ci il tarixdə əməliyyat keçirilib. Əməliyyat-axtarış tədbiri zamanı Vəfa Dadaşova Nərimanov rayonu, Təbriz küçəsində yerləşən istirahət parkındakı adsız kafedə Pərviz İsmayılovdan həmin 6000 ABŞ dollarını alarkən yaxalanıb.
 
Vəfa Dadaşova Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yoluyla tələb etmə) maddəsi ilə ittiham edilir.

Загрузка...
Загрузка...