Rio 2016: Toğrul Əsgərov gümüş medal qazandı

 
 
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Toğrul Əsgərov final görüşünə çıxıb.
 
"Report"un məlumatına görə, 65 kq. çəki dərəcəsində çıxış edən olimpiya çempionunun rəqibi rusiyalı sərbəst güləşçi Soslan Ramonov olub.
 
Toğrul elə ilk hissədə rəqibinə 0:11 hesabı ilə məğlub olaraq XXXI Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.