Rinqlərin kralı Məhəmməd Əli bu gün dəfn ediləcək

Bu gün dünya şöhrətli boksçu Məhəmməd Əli ilə vida mərasimi keçiriləcək. ANS PRESS-in məlumatına göə, 74 yaşında həyatla vidalaşan boksmunun vida mərasimində minlərlə insan iştirak edəcək. Onların arasında müxtəlif ölkələrin dövlət rəsmiləri də var.
İdmançı ilə ötən gün  ilk peşəkar boks matçını qazandığı "Freddom Halla"da vida mərasimi keçirilib. Onun tabutunu daşıyanlardan biri də türk olub.
Söhbət Türkiyənin hakim partiyası "Ədalət və İnkişafın (AKP) İstanbuldan seçilən millət vəkili Hasan Turandan gedir. O, tabutu daşıyan yeganə türk olub.
Əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-a yollanıb. Lakin o səfərini yarıda kəsərək ölkəsinə geri qayıtmağa qərar verib.
Ərdoğan cümə günü torpağa veriləcək Məhəmməd Əlinin dəfninə qatılmayacaq. Cümə axşamı ahsıxa türklərinin təşkil etdiyi iftar süfrəsindən sonra Türkiyəyə qayıdacaq. Buna səbəb Rəcəb Tayyib Ərdoğana qarşı edilən hərəkətin xoş qarşılanmaması olub.
Məhəmməd Əlinin məzarı üstünə Kəbə örtüyündən bir parça qoymaq istəyən prezidentə rədd cavabı verilib. Bunu özlərinin edəcəklərini deyərək, parçanı Ərdoğandan alıblar. Bundan başqa onun Quran oxumaq istəyi də qəbul edilməyib.
1942-ci il yanvarın 17-də ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində doğulan Məhəmməd Əli İslam dinini qəbul edənədək Kassius Marsellus Kley (Cassius Marcellus Clay) adını daşıyıb.
1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli peşəkar karyerası ərzində 37-si nokautla olmaqla, 56 döyüşdə rinqi qələbə ilə tərk edib. O, keçirdiyi 61 döyüşün yalnız 5-də məğlubiyyətə uğrayıb. Onun adı peşəkar boksun simvoluna çevrilib.
O, iyunun 4-də vəfat edib.