Ərindən küsən arvad öldürüldü - Dəhşət

 
Tərtər rayonunun Bəyimsarov kəndində qətl baş verib.
 
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Emin Hüseynov münaqişə zəminində arvadı Rufanə Cəfərlini bıçaqlayıb.
 
Qadın hadisə yerində ölüb.
 
Emin Hüseynov Tərtər rayon polis şöbəsinə könüllü gələrək istintaqa təslim olub.
 
Məlum olub ki, bir neçə gün əvvəl Rufanə əri ilə mübahisə edərək, ata evinə qayıdıb. Paytaxtda yaşayan Emin Hüseynov arvadını geri gətirmək üçün Tərtərə yollanıb. Ər-arvad arasında mübahisə yaranıb və mübahisə cinayətlə nəticələnib.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...