​“Ərin səni yox, məni sevir” - Şəmkirdə qadınların qanlı “razborka”sı

 
Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.
 
Kənd sakini, 1988-ci il təvəllüdlü Günel Mirzəyeva mübahisə zəminində həmkəndlisi, 1991-ci il təvəllüdlü Məleykə Allahverənovanı bıçaqlayıb. Məleykə Allahvernəvova Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Vaxtında tibbi yardım göstərildüyü üçün qadının həyatını xilas etmək mümkün olub. Əməliyyat edilən Məleykə Allahverənovaın vəziyyəti ağır qiymətləndirilir.
 
Məlumata görə, qanlı cinayət hadisəsi qısqanclıq zəminində baş verib.
 
Belə ki, Məleykə Allahvernəovanın Günel Mirzəyevanın həyat yoldaşı Ümidcan Həkimovla münasibəti olub. Hadisədən əvvəl Məleykə Allahverənova Ümidcan Həkimova sevgi mesajı göndərib.
 
Məleykə Allahverənovanın göndərdiyi mesajı Ümidcan yox, onun həyat yoldaşı Günel Mirzəyeva oxuyub. Bundan əsəbləşən Günel Mirzəyeva Məleykə Allahverənovanın evinə gəlib.
 
Həmin vaxt qadınlar mübahisə ediblər. Mübahisə zamanı Məleykə  Allahverənova Günelə deyib ki, ərin səni yox, məni sevir. Günel Məleykə Allahverənovanın bu sözlərindən daha da əsəbləşib.
 
Əsəblərini cilovlaya bilməyən qadın bıçağa əl atmalı olub. O, stolun üstündən götürdüyü bıçaqla Məleykə Allahvernovaya bir neçə zərbə vurub.
 
İstintaqa ifadə verən Günel Mirzəyeva törətdiyi əməli etiraf edib. O, hadisənin qısqanclıq zəminində törətdiyini deyib.
 
Faktla bağlı Şəmkir rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.