''Ərimə inanıram, yaxşı insandır, amma onu qızışdırıblar….''

 
Donald Trampın həyat yoldaşı onun müdafiəsinə qalxdı
ABŞ-ın prezidentliyə namizədi, cümhuriyyətçi Donald Trampın həyat yoldaşı Melania Tramp həyat yoldaşını müdafiə edib. Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, M.Tramp “həyat yoldaşım bir centlemendir və onu cinsi istismarda ittiham edənlər yalan danışırlar” deyib.
 
Trampın 2005-ci ilə aid, qadınlarla bağlı aşağılayıcı və təhqir dolu videosunun ortaya çıxmasından sonra bu mövzu gündəmdən düşmədi. CNN-in canlı yayımına çıxan Melania Tramp deyib ki, videogörüntülərdə həyat yoldaşının qadınlarla bağlı dedikləri “qəbuledilməz”dir. Onun sözlərinə görə, Trampın bu şərhləri tanıdığı bir adamı təmsil etmir.
 
M.Tramp eyni zamanda bildirib ki, cümhuriyyətçi namizəd “kişi söhbəti” etdiyi üçün günahkardır. Bundan başqa, o, TV aparıcısı Billi Başın həyat yoldaşını “ayıb şeylər deməsi üçün qızışdırdıığını” deyib: “Ərimə inanıram. O, yaxşı bir insandır və centlemendir. O, heç vaxt elə şeylər etməz . Xanımı deyib ki, bu qalmaqalın arxasında demokratların namizədi Hillari Klinton və onun komandası dayanır. M.Tramp Amerika mediasının da ona qarşı olduğunu iddia edib.
 
Video qalmaqalın gündəmə gəlməsindən etibarən ilk dəfə danışan Melania Tramp qadınların həyat yoldaşına yaxınlaşdığını, onunla söhbət etməyə çalışdıqlarını deyib. Onun sözlərinə görə, bir çox hallarda qadınlar heç bir kompleks hissi keçirməyərək bunu onun yanında da edirlər: “Bəzən qadınlar mənim yanımda ona telefon nömrələrini də verirlər. Bunun çox pis hərəkət olduğunu düşünürəm”.
 
Musavat.com xatırladır ki, 2005-ci ilə aid olan və bu günlərdə yayılan bir videogörüntüdə D.Tramp studiyaya girməzdən öncə veriliş aparıcısı ilə söhbət edib. Həmin söhbəti, ümumən isə avtobusu bayırdan görüntüləyən kamera bu zaman avtobus içindəki danışıqları da qeydə alıb.
 
Bu söhbətdə o, qadınlar haqqında aşağılayıcı və söyüş dolu ifadələr işlətmişdi. D.Tramp isə ABŞ mediasında onunla bağlı çıxan bu xəbərləri “tamamilə və birmənalı şəkildə yalan” adlandırıb. Amerika mediası xatırladır ki, D.Trump üçüncü həyat yoldaşı Melania ilə bu videogörüntüdən bir neçə ay öncə evlənmişdi.