Rihannanın hesabını ələ keçirən haker tutuldu

Bir çox dünya ulduzunun sosial şəbəkələrdəki hesablarını qıran hakerin məhkəməsi başlayıb.
Axar.az xəbər verir ki, Cenifer Lorens, Kim Kardaşyan, Rihanna kimi ulduzların onlayn hesablarını qıran Ryan Kollinsi 5 ilə qədər həbs və 250 min dollar cərimə gözləyir.   Kollins məhkəmədə şəxsi kompüterlərə məlumat toplamaq məqsədilə girdiyini etiraf edib. Buna görə də onun cəzasının yüngülləşdiriləcəyi gözlənilir.