Rihanna haqqında ŞOK FAKTLAR – “Ağzı qanlı-qanlı üzümə tüpürdü”

 
Evli ərəb şeyxi ilə eşq münasibəti yaşayan dünya şöhrətli müğənni Rihannanın eks-sevgilisi Kris Braun qala gecələrinin birində jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, yeni sevgilisi ilə xoşbəxt olduğunu bildirən sənətçi Rihanna ilə olan münasibətlərindən də söz açıb:
“Onunla tez-tez dalaşırdıq. Sonra özümüzə sual verirdik: “Biz axı niyə belə edirik?”. Psixoloji baxımdan çox çalışdım ki, düzəlim və bunu yavaş-yavaş bacarıram. Rihanna ilə bir-birimizə çox bağlı idik, dalaşsaq belə ayrıla bilmirdik.
2009-cu ilin fevral ayı idi. “Grammy” mükafatlarından bir gün öncə biz görüşdük. Köhnə sevgilim mənə mesaj yazmışdı. Rihanna da bunu görüb mənə əsəbiləşdi və qışqırdı. Daha sonra məni vurdu. Həmin gecə içkili idim, eynilə mən də onu döyməyə başladım. Dodağı partlamışdı. Ağzı qanlı-qanlı üzümə tüpürdü. Bundan daha da əsəbiləşdim və onu döyməyə davam etdim”.
Qeyd edək ki, Kris Brauna 5 il şərti və 1400 saat ictimai işlərdə işləmə cəzası verilmişdi. 2012-ci ildə Rihanna böyük sevgisini unuda bilmədi və onunla yenidən barışdı. Cütlük bir müddət sonra davam edə bilməyəcəklərini anlayıb ayrıldılar.
Pərviz Hüseyn

Загрузка...
Загрузка...