Əri həbs olunsa da, o, konsert verməkdə davam edir

Bir müddət öncə əri Mayamidə həbs olunan türkiyəli sənətçi Ebru Gündeş konsert proqramlarını təxirə salmadığı üçün sosial şəbəkələrdə tənqid atəşinə tutulub.
 Müğənni aprelin 16-da İzmirdə “Efes Royal Palace”da 60 nəfərlik komanda heyəti ilə birlikdə konsert verib. Konserti “Araftayım” mahnısı ilə açan müğənni konsert proqramlarını niyə təxirə salmadığına aydınlıq gətirib.
 “Öncə pərəstişkarlarım, sonra komandam üçün bu gün səhnədəyəm. Səhnələrdən heç vaxt ayrı qalmayacağam. Mahnı oxuyanda çox xoşbəxt oluram”, - deyə E. Gündeş bildirib. (Qafqazinfo)