​Rəhim Qazıyev saxlanıldı

Baxış sayı: 
189

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qaziyev dekabrın 25-də Bakıda saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə aparılıb.
Publika.az xəbər verir ki, bu barədə keçmiş nazirin qardaşı Rahab Qazıyev “Amerikanın Səsinə” bildirib.
“Bu gün Bakı vaxtı ilə saat 20 radələrində 17-ci Polis Bölməsindən mənə zəng edib qardaşımın orada saxlanıldığını bildirdilər. Mənə dedilər ki, narahat olmayım, qardaşım polisdə saxlanılır. Növbətçi hissədən qardaşımın burada saxlanıldığını təsdiq etdilər və dekabrın 26-da səhər saat 10-da gəlməyimi məsləhət bildilər”, o qeyd edib.
Hüquq-mühafizə orqanları keçmiş nazirin saxlanılması barədə hələ hər hansı məlumat yaymayıb.
Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub.

Загрузка...
Загрузка...