Reuters”dən Putinlə bağlı kobud səhv - FOTO

 
Dünyaca məşhur xəbər agentliyi olan "Reuters" Rusiya prezidenti Vladimir Putinlə bağlı yaydığı xəbərdə kobud səhv buraxıb.
 
Teleqraf.com xəbər verir ki, Putinin Asiya-Sakit okeanı iqtisadi sammitinə getməsi ilə bağlı informasiyada rusiyalı lider Baş nazir kimi təqdim edilib:
 
"ABŞ prezidenti Barak Obama, Çin Xalq Respublikasının rəhbəri Si Tsipin və Rusiya Baş naziri Vladimir Putin Peruda keçiriləcək bu sammitə dəvət olunublar" - "Reuters" bildirib.