Restoranda adam öldürən gənc: “Söyüş söydü, öldürdüm”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törədən 1997-ci il təvəllüdlü Sərxan Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevin sərdliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Daha sonra ifadə verən Sərxan Çobanov özünü təqsirli bilib.
S. Çobanov ifadəsində Şamo Yunisovun ona qarşı kobud cavab verdiyini və söyüş söydüyünü bildirib.  Təqsirləndirilən şəxs Şamonun hərəkətlərindən əsəbləşərək cinayət əməlini törətdiyini qeyd edib: "Söyüş söydü mən də öldürdüm". 
Proses mayın 25-də davam edəcək.
 Qeyd edək ki,  qətl hadisəsi keçən il Sabunçu rayonunda baş verib. 1997-ci il təvəllüdlü Şamo Yunisov bıçaqlanıb. Aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Şamo Yunisovu xilas etmək mümkün olmayıb. Aparılan araşdırmalar zamanı qətli onun həmyaşıdı Sərxan Çobanov tərəfindən törədildiyi məlum olub. Polis əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində Sərxan Çobanov tutulub. Araşdırmalar zamanı dostu ilə restoranda yemək yeyən Şamo Yunusov, onunla gödəkcələrini dəyişmək üstündə söhbət ediblər. Bu zaman yan masadakı gənclər söhbətə müdaxilə ediblər.  Şamo və dostu tanımadıqları şəxslərlə söhbət etmək üçün restoranın qarşısına çıxıblar. Restoranın qarşısında Şamo dostu ilə arasında olan söhbətə müdaxilə etdiyinə görə Sərxan Çobanova irad tutanda, Sərxan cibindəki bıçaqla ona çoxsaylı xəsarətlər yetirib. Mərhumun yaxınları Şamonun dindar olduğunu bütün vaxtını məsciddə keçirdiyi deyiblər.