Rektor vəzifəsindən azad olundu

 
“Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişiyev səhhəti ilə bağlı vəzifəsindən azad olunub.
 
Universitetdən APA-ya verilən xəbərə görə, bu barədə iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev  özü deyib. O, universitetdə keçirilən tədbirdə öz xahişi ilə rektor vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb.
 
O bildirib ki, səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb.