Rektor var, medal alır, rektor da var - rüşvət...

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin may ayı üzrə analizlərinin nəticəsini təqdim edir.
2016-cı ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 12209 xəbər yerləşdirilib. Bunlardan 185 xəbər mənfi, 47 xəbər müsbət və 11977 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Gəncə Dövlət Universiteti (50 xəbər - universitetdə olan milyonluq maxinasiyalar, tələbələrdən pul yığımı iddiaları, rüşvət və s.), Müəllimlər İnstitutu (42 xəbər – ləğv olunması), Aqrar Universiteti (26 xəbər - tələbələrdən pul yığımı iddiaları, rüşvət və s.). Müsbət xəbərlər arasında liderlər: Bakı Slavyan Universiteti (14 xəbər – rektorun Puşkin medalı ilə təltif olunması), Bakı Dövlət Universitetinə (10 xəbər – rektorun qızıl medalla təltif olunması), Aqrar Universiteti (9 xəbər –  İbrahim Cəfərovun “İlin ən yaxşı rektoru” adına layiq görülməsi).
Xəbər sayına görə sıralama:
1. Bakı Dövlət Universiteti 1440 xəbər
2. ADA Universiteti 943 xəbər
3. İqtisad Universiteti 769 xəbər
4. Texniki Universiteti 686 xəbər
5. Neft və Sənaye Universiteti 685 xəbər
 Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1496 xəbər dərc edilib. Bu xəbərlərdən 1490-ı neytral, 3-ü müsbət, 3-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Müəllimlər İnstitutu (2 xəbər – ləğv olunması) və Lənkəran Dövlət Universitetinə (1 xəbər – universitetdə olan rüşvət iddiaları) məxsusdur.
Müsbət xəbərlər isə Bakı Slavyan Universiteti (2 xəbər – rektorun Puşkin medalı ilə təltif olunması) və Bakı Dövlət Universitetinə (1 xəbər – rektorun qızıl medalla təltif olunması) məxsusdur.
Xəbər sayına görə sıralama:
1. Bakı Dövlət Universiteti 217 xəbər
2. İqtisad Universiteti 104 xəbər
3. ADA Universiteti   96 xəbər
4. Mədəniyyət və İncəsənət Universiteti 79 xəbər
5. Bakı Ali Neft Məktəbi   74 xəbər
May ayında televiziya kanallarında universitetlər haqqında 422 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
1. ADA Universiteti 42 xəbər
2. Bakı Dövlət Universiteti 31 xəbər
3. İqtisad Universiteti 30 xəbər
4. Qafqaz Universiteti 28 xəbər
5. Bakı Slavyan Universiteti 27 xəbər
Radio kanallarında may ayında bu sektorla əlaqəli 22 xəbər yayınlanıb.
Xəbər sayına görə sıralama:
1. ADA Universiteti 8 xəbər
2. Pedaqoji Universiteti 5 xəbər
3. Qafqaz Universiteti 2 xəbər
4. Neft və Sənaye Universiteti 2 xəbər
5. Sərhəd Xidməti Akademiyası 1 xəbər
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.